

Minelab X-TERRA ELITE Pack — bütün növ torpaqlarda stabil, dərin və dəqiq axtarış üçün hazırlanmış yüksək səviyyəli metal detektordur. Ciddi axtarışlarla məşğul olan istifadəçilər üçün ideal seçimdir.
Cihaz Minelab şirkətinin Multi-IQ texnologiyası ilə təchiz olunub və eyni anda bir neçə tezlikdə işləyərək müxtəlif metalların dəqiq aşkarlanmasını təmin edir. 5 metrə qədər tam suya davamlı korpusu sayəsində çimərlikdə, çay kənarında və yaş mühitdə problemsiz istifadə oluna bilər.
X-TERRA ELITE metal detektorunun işini videoda izləyin:
Komplektə V12X 12x9" və V8X 8x5" Double-D elliptik axtarış bobinləri daxildir. Bu isə həm geniş ərazilərin sürətli yoxlanmasına, həm də kiçik hədəflərin dəqiq tapılmasına imkan yaradır.
X-TERRA ELITE Pack xəzinə axtarışı, sikkə tapıntıları, qızıl axtarışı, çimərlik və sahə işləri üçün mükəmməl seçimdir.
İstehsalçıdan tam rəsmi zəmanət təqdim edirik.
Bakı və Azərbaycanın bölgələrinə çatdırılma.