MD Baku

Haqqımızda

2008-ci ildən bəri metal axtarış və təhlükəsizlik sahəsində peşəkar həllər.

15+
İl təcrübə

Detector Baku olaraq biz 15 ildən artıqdır metal axtarış avadanlıqları və aşkarlama texnologiyaları sahəsində fəaliyyət göstəririk. Bu illər ərzində həm həvəskar, həm də peşəkar istifadəçilər üçün etibarlı və sınaqdan keçmiş həllər təqdim etmişik.

Minelab Rəsmi Dileri

Detector Baku dünyaca məşhur Minelab şirkətinin Azərbaycandakı rəsmi dileridir. Müştərilərimizə yalnız orijinal məhsullar, rəsmi zəmanət və peşəkar texniki məsləhət təqdim edirik.

Sənaye Detektorları

İstehsalat və emal sənayesi üçün peşəkar metal aşkarlama sistemləri.

Təhlükəsizlik

Obyektlərin mühafizəsi və nəzarət zonaları üçün aşkarlama sistemləri və təhlükəsizlik avadanlıqları.

Turizm və Outdoor

Metal axtarışı ilə məşğul olanlar üçün turizm avadanlıqları, səhra aksesuarları və komplekt həllər.

Dəyərlərimiz

Bizim üçün əsas dəyər etibarlılıq, dürüst məsləhət və uzunmüddətli əməkdaşlıqdır. Məqsədimiz müştərilərimizin real ehtiyaclarına uyğun düzgün həll təqdim etməkdir.

Ünvanımız:

Azərbaycan, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi 31A (keçmiş 5)